İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142530 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 1: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: intermediate)

Present continuous

 

İndiki davamedici zaman hələ davam edən bitməmiş bir hadisəni ifadə etmək üçün istifadə olunur. Bu zaman formasını düzəltmək üçün felin sonuna -ing şəkilçisi əlavə olunur.

 

I

am fel/verb ing

He/She/It

is fel/verb ing

We/You/They

are fel/verb ing

I am driving.
She is working.
They are doing something.

 

İndiki davam edici zaman üçün spesifik olan bir sıra sözlər mövcuddur: look, listen, now, at the moment, still, at present və s.

 

Look! He is jumping over the river.
Listen! Is baby crying?
They are watching TV now.
Children are playing checkers at the moment.
I’m still cooking a dinner.
He’s working on this project at present.

 

Bundan başqa today, this week, this evening və s. sözlərlə də indiki davamedici zaman işlənə bilər.

 

You are studying these week.
Is Aydan working today?

 

İndiki davam edici zaman formasında hərəkət əsas etibarilə danışığın getdiyi vaxtda baş verir.

 

-Where is Nargiz?  -She is doing lessons.
-Let’s go out now. It isn’t raining anymore.

 

Amma bu belə olmaya da bilər:

 

I’m reading an interesting book at the moment. I’ll give it to you as soon as I finish it. ( Bu sözləri deyən zaman həmin şəxs kitabı oxumaya da bilər, sadəcə bir neçə müddətdir ki, bir kitabı oxumağa başlayıb və hələ onu bitirməyib).

 

Murad wants to work in a foreign company. So he is learning foreign languages. ( Murad söhbətin getdiyi zaman xarici dil öyrənməyə də bilər, sadəcə son vaxtlar xarici dilləri öyrənməklə məşğuldur).

 

Qeyd: Sonu “e” hərfi ilə bitən fellərdə “e” hərfi düşür və sonra -ing şəkilçisi əlavə olunur.
make - making
take - taking

Qısa saitin tələffüz olunduğu fellərdə sonuncu samit qoşalaşır və sonra -ing şəkilçisi əlavə olunur.
run - running
sit - sitting

Sonu “ie” hərfləri ilə bitən sözlərdə “ie” hərfləri atılır, yerinə “y” hərfi qoyulur və sonra -ing şəkilçisi əlavə olunur.
lie - lying

 


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı