1. Saytda eyni şəxsin 2 dəfə və daha artıq qeydiyyatdan keçməsinə icazə verilmir. Əgər əvvəl yaratdığınız istifadəçi qeydiyyatı ilə bağlı problem varsa, saytın idarəçiləri ilə əlaqə saxlaya bilərsiniz.

2. Saytın ünsiyyət və digər bölmələrində təhqiramiz, şərəf və ləyaqəti alçaldacaq sözlərdən, ifadələrdən istifadə olunması qadağandır. İstifadəçinin daxil etdiyi informasiyaya görə yalnız istifadəçi özü məsuliyyət daşıyır.

3. Saytdakı qaydaların müəyyən edilməsi, onlara əlavə və dəyişikliklər edilməsi hüququ Xaricidil.net saytının Rəhbərliyinə məxsusdur. Saytdakı qaydalar onun inkişafı ilə bağlı daim dəyişikliklərə məruz qalır və buna görə də, qaydalarla tanış olmama halı onların pozulması halında cəza tədbirlərinin tətbiqindən azad etmir.

4. Bütün qeydiyyatdan keçmiş istifadəçilər başlanğıc halda saytın yeniliklərinin e-mail abunəçisi(subscriber) hesab edilirlər, abunəçilikdən sonradan imtina etmək isə istifadəçinin öz səlahiyyətinddir və bunu hesaba daxil olduqdan sonra ayarlar bölməsindən istənilən vaxtda etmək olar.

5. Yuxarıda qeyd olunan qaydaların pozulması aşkar olunduğu təqdirdə Sayt Rəhbərliyi tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.

6. Hesab daxilindəki ep balans, xallar və istifadəçiyə məxsus digər parametr və verilənlər sayt fəaliyyətdə olduğu müddətdə qüvvəsindədir. Əgər fəaliyyətin dayandırılması qərarı verilərsə, ən azı 1 ay öncədən istifadəçilərə bu barədə bildiriş göndəriləcək.